Ərəb Liqası Suriyanın suverenliyinə hörmət etmək lazım olduğunu açıqlayıb

2024/12/1733030068.jpg
Oxunub: 538     04:11     01 Dekabr 2024    
Ərəb Dövlətləri Liqası Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu haqda məlumatı Beyrutdan yayımlanan “Əl Mayadin” telekanalı yayıb.

“Biz Suriyada baş verənləri böyük narahatlıqla izləyirik və Suriyanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayırıq. Suriyadakı hadisələr terror qruplarının öz fəaliyyətlərini bərpa etmək üçün istifadə edəcəkləri xaos da daxil olmaqla bir çox mümkün ssenariləri açır", - deyə liqanın yaydığı bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb-Liqası   Suriya  


Bizi "telegram"da izləyin