Xüsusi qanunla qurulan ilk vəqf olan TSKGV Türkiyə Silahlı Qüvvələrinin döyüş gücünü artırmağı hədəfləyir. TSKGV aşağıdakı məqsədlərlə fəaliyyətlərini davam etdirir:
- yeni investisiyalar qoymaq,
- səhmdarı olduğu şirkətlər arasında səmərəli nəzarəti, strateji istiqamətləndirməni, əməkdaşlığı və koordinasiyanı təmin etmək,
- bu şirkətlərin müdafiə sənayesində lazımi bacarıqlara yiyələnməsinə, davamlı böyüməsinə və pay dəyərlərinin artmasına töhfə vermək.
TSKGV müdafiə və aviasiya sənayesində fəaliyyət göstərən 6-sı tabe ortaqlıq (50 faizdən artıq səhmə sahib olan), 8 törəmə (50 faizdən az səhmə sahib olan) və tabe ortaqlıqların səhm sahibi olduğu şirkətlərlə birlikdə ümumilikdə 74 şirkət, 11 filial və 6 ofis ilə fəaliyyətlərini həyata keçirir. Yerli, milli və unikal məhsulları ilə beynəlxalq bazarlarda rəqabət aparmağı bacaran şirkətləri ilə ölkənin müdafiə sənayesinin inkişafına töhfə verən Vəqf olmağa davam edir.
Mərhələlər
1964-cü il – Kipr Böhranı: Bəzi müttəfiq ölkələr Türkiyənin milli maraqlarına uyğun olaraq müdafiə təchizatının istifadəsinə mane oldu, bu da xarici asılılığın mənfi cəhətlərini və yerli müdafiə sənayesinin əhəmiyyətini göstərdi.
1965-ci il – Türkiyə Donanma Cəmiyyətinin Yaradılması: Desant gəmilərinin inşası üçün “Öz Gəmini Özün İnşa Et” kampaniyasını yönləndirdi (Türkiyə Donanma Cəmiyyətinin bağlanması nəticəsində 1972-ci ildə Türkiyə Donanma Vəqfi yaradılıb. 1981-ci ildə bu Vəqfin adı dəyişdirilərək, Türkiyə Dəniz Qüvvələrini Gücləndirmə Vəqfi adlandırılıb).
1970-ci il – Türkiyə Hərbi Hava Qüvvələrini Gücləndirmə Vəqfinin Yaradılması: Milli aviasiya sənayesini inkişaf etdirmək üçün yaradılıb.
1974-cü il – Kipr Sülh Əməliyyatı və Silah Embarqosu: Türkiyə silah embarqosu ilə üzləşdi və yerli müdafiə sənayesinin ilk addımları atıldı.
1974-cü il – Türkiyə Quru Qoşunlarını Gücləndirmə Vəqfinin Yaradılması: Müdafiə elektronikası sahəsində xaricə asılılığı azaltmaq üçün yaradılıb.
1973-cü il – TUSAŞ-ın yaradılması: Türkiyənin müdafiə sənayesində xarici asılılığını azaltmaq məqsədilə 1973-cü il iyunun 28-də Sənaye və Texnologiya Nazirliyinin tərkibində “Türk Uçak Sanayii Anonim Ortaklığı” (TUSAŞ) quruldu.
1975-ci il – ASELSAN-ın Qurulması: Türkiyə Silahlı Qüvvələrinin kommunikasiya ehtiyaclarını milli imkanlarla qarşılamaq üçün qurulub.
1977-ci il – İŞBİR-in Qurulması: Müdafiə sənayesi və digər sektorlarda generatorlar və alternatorlar istehsal etmək üçün yaradılıb. “İŞBİR Holding A.Ş.” xaricdə çalışan türkiyəli işçilərin xarici valyuta yığımları və 4148 ortağının töhfələri ilə yaradılıb. Dizel generator dəstlərinin istehsalı üçün yaradılıb.
1981-ci il – ASPİLSAN-ın Qurulması: Mülki və hərbi ehtiyaclar üçün akkumulyator və batareya blokları istehsal etmək üçün yaradılıb. ASPİLSAN Kayseridən olan xeyriyyəçi vətəndaş və təşkilatların ianələri ilə Türkiyənin akkumulyator və batareya ehtiyacını qarşılamaq üçün yaradılıb.
1982-ci il – HAVELSAN-ın Qurulması: Komanda idarəetmə, təlim, simulyasiya və informasiya kommunikasiyası sahələrində proqram təminatı tələb edən sistemləri inkişaf etdirmək üçün yaradılıb.
1987-ci il – Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin Yaradılması: Quru, Dəniz və Hava Qüvvələrini Gücləndirmə Vəqflərinin birləşdirilməsi ilə yaradılıb.
1988-ci il – ROKETSAN-ın Yaradılması: Türkiyə Silahlı Qüvvələrinin raket ehtiyaclarını qarşılamaq və ölkədə raket dizaynı, inkişafı, istehsalı sahəsində qabaqcıl bir quruma sahib olmaq üçün qurulub.
1997-ci il – Yeni Baş Qərargah Binasının İnşası: İanəçi “Zehra URGA” tərəfindən bağışlanan ərazidə yeni bina inşa edilib, Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfi Baş Müdirliyinin köçürülməsi təmin edilib.
Sevinc Əliyeva
Ordu.az