Rumıniyada prezident seçkilərinin ikinci turunda Çolaku və Laskoni qarşılaşacaq

2024/11/1732510614.jpg
Oxunub: 378     09:09     25 Noyabr 2024    
Rumıniya Sosial-Demokrat Partiyasının lideri, Baş nazir Marçel Çolaku və mərkəz-sağçı “Rumıniyanın Xilası İttifaqı” partiyasının üzvü Elena Laskoni dövlət başçısı seçkilərinin ikinci turunda qarşılaşacaqlar.

Ordu.az xəbər verir ki, bu, Şəhər və Regional Sosiologiya Mərkəzinin Bakı vaxtı ilə saat 23:00-a olan ekzit-pol nəticələrindən bəlli olub.

Məlumata görə, seçkilərin birinci turunda Çolaku səslərin 25 %-ni, Laskoni isə 18,1 %-ni toplayıb.

Seçkilərdə qeydiyyatdan keçmiş seçicilərin 52,41 %-i iştirak edib.

Birinci turda prezidentliyə namizədin qeydiyyatdan keçmiş seçicilərin minimum 50 %+1 səsini toplaması lazım olduğundan dekabrın 8-də Çolaku və Laskoninin iştirakı ilə ikinci tur keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Seçki  


Bizi "telegram"da izləyin