Niderland Krallığında 8 Noyabr - Zəfər Günü münasibətilə konsert keçirilib - FOTOLAR

2024/11/nider-1731419652.jpg
Oxunub: 718     17:38     12 Noyabr 2024    
Niderland Krallığının Amsterdam şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Niderlanddakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən konsert Muzey meydanında yerləşən tarixi “Concertgebouw”da (“Konsert Məkanı”) baş tutub.

Tədbirdə Azərbaycanın Niderlanddakı Səfirliyinin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, xarici ölkələrin səfirləri və diplomatik korpusların nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan və türk icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

“Cəngi” etno-caz qrupunun ifasında Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, Azərbaycan xalq və caz musiqiləri səsləndirilib.

8 Noyabr - Zəfər Günü münasibətilə Niderland Krallığında ilk dəfə keçirilən konsert tamaşaçılarda və yerli ictimaiyyətdə böyük maraq doğurub, incəsənət ustalarının çıxışı sürəkli və gurultulu alqışlarla qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Niderland   Zəfər-Günü  


Bizi "telegram"da izləyin