Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - YENİLƏNİB (FOTOLAR)

2024/11/cf1f0-12119914842.jpg
Oxunub: 1164     16:55     12 Noyabr 2024    
Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

***

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Ordu.az xəbər verir ki, iclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəsisi general-polkovnik Kərim Vəliyev təmsil edib.

İclasdan öncə MDB ölkələrinin müdafiə nazirləri Kreml yaxınlığındakı Naməlum əsgərin məzarına əklil qoyublar.

Daha sonra Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının yerləşdiyi binada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

İclasda çıxış edən Rusiya müdafiə naziri Andrey Belausov bildirib ki, dünyadakı vəziyyət bölünməz Avrasiya təhlükəsizliyinin qurulması üçün MDB ölkələrinin hərbi qurumlarının əməkdaşlığını tələb edir.

Onun sözlərinə görə, MDB-nin hərbi qurumları 2025-ci ildə 120-dən çox birgə tədbir keçirəcək.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Moskva   MDB   İclas  


Bizi "telegram"da izləyin