Leyla Əliyeva və Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər - FOTOLAR

2024/11/6731e-1731323347.jpg
Oxunub: 628     15:03     11 Noyabr 2024    
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Ordu.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov tədbirin keçirildiyi məkana baş çəkib, burada yerləşən Azərbaycan pavilyonunu ziyarət ediblər.

Qeyd edək ki, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Leyla-Əliyeva   Anar-Ələkbərov   COP29  


Bizi "telegram"da izləyin