“OBA” Zəfər Günündə şəhid əməkdaşlarının ailələrini ziyarət edib - FOTOLAR

2024/11/22d8f-1731159699.jpg
Oxunub: 788     16:00     09 Noyabr 2024    
“OBA” Marketlər Şəbəkəsi 8 Noyabr Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid əməkdaşlarının ailələrini ziyarət edib.

Ordu.az xəbər verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib.

“OBA” əməkdaşları şəhidlərin ailələrinə hər zaman qayğı və dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Yaxın qonşunuz “OBA” hər zaman sosial məsuliyyət layihələri ilə şəhidlərin xatirəsini uca tutduğunu göstərib.

Marketlər şəbəkəsi şəhid ailələrinə dərin hörmət və minnətdarlığını ifadə edərək onların yanlarında olmağı əsas məqsədlərdən biri hesab edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: OBA   Zəfər-Günü  


Bizi "telegram"da izləyin