Ordu.az xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.
***
Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.
Ordu.az xəbər verir ki, qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.
Konsert proqramında xalq artistləri, estrada müğənniləri, rəqs qrupları iştirak ediblər.
Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.
***
Noyabrın 8-də Bakıda, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti təşkil olunub.
Ordu.az xəbər verir ki, konsertdə Azərbaycan estradasının ulduzları proqramlar ilə çıxış edirlər.
Konsert proqramı paytaxt sakinləri tərəfindən maraqla qarşılanır.
44 günlük Vətən müharibəsinin dördüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Park, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə “Xarıbülbül” nişanı və Qələbə şüarlarını görmək olar.
Ordu.az