Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunub - FOTOLAR

2024/11/bc999-1731079534.jpg
Oxunub: 876     19:07     08 Noyabr 2024    
Cəbrayıl şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə ilk dəfə bayram konserti keçirilib.

Ordu.az xəbər verir ki, bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Cəbrayıl   Zəfər-Günü  


Bizi "telegram"da izləyin