“AZIREX-2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb - FOTOLAR

2024/11/1bfb2-1730992851.jpg
Oxunub: 749     19:16     07 Noyabr 2024    
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   İran   AZIREX  


Bizi "telegram"da izləyin