“Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub - FOTOLAR

2024/10/6703d-1728306105.jpg
Oxunub: 881     16:36     07 Oktyabr 2024    
Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub.

Bu barədə Ordu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Adana şəhərində "Teknofest" yarışının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan da iştirak edib. Bildirilib ki, “Teknofest” yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1,6 milyondan çox iştirakçı qeydiyyatdan keçib.

Sonda qalib komandalara mükafatlar təqdim edilib.

Qeyd edək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Teknofest   Azərbaycan  


Bizi "telegram"da izləyin