"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb - FOTOLAR

2024/10/62a25-1728127571.jpg
Oxunub: 1097     15:15     05 Oktyabr 2024    
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində iki ölkə arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib. Çıxış edənlər "Məharət-2024" təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.

Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib. Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Daha sonra iştirakçılara sertikifikatlar təqdim edilib, təlimdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb. Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Məharət-2024   Təlim  


Bizi "telegram"da izləyin