Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib - FOTOLAR

2024/09/31160-1727695599.jpg
Oxunub: 832     15:21     30 Sentyabr 2024    
2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib.

Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub.

Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mühəndis hazırlığı üzrə biliklərinin təkmilləşdirilməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Mühəndis-hazırlığı   Məşğələ  


Bizi "telegram"da izləyin