“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb - YENLƏNİB (FOTOLAR)
Oxunub: 1243
18:47
28 Sentyabr 2024
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.
İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.
***
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin Gürcüstanda keçirilən “Eternity 2024” komanda-qərargah təlimi başa çatıb.
Ordu.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, təlim çərçivəsində hər üç ölkənin hərbçiləri Vaziani atış paliqonunda mühəndis-istehkam, düşmənə hücum, tibbi təxliyə və digər tapşırıqları icra ediblər. Təlimə Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Kəmərlərin Mühafizəsi Departamentinin bölmələri də cəlb edilib.
Məlumatda Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı tərəfindən təşkil edilmiş təlimin ssenarisinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin böhran dövründə təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatlara, eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi bölmələri arasında qarşılıqlı əməliyyat qabiliyyətinin artırılmasına əsaslandığı qeyd olunub
Təlimin son günündə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay da iştirak edib.