Azərbaycan xarici işlər naziri BMT-də bir sıra görüşlər keçirib - FOTOLAR

2024/09/10ebc-1727495044.jpg
Oxunub: 1013     03:08     28 Sentyabr 2024    
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən İvan Kondov ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında uğurlu iqtisadi, ticari, enerji və humanitar sahədə əməkdaşlıq, habelə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində qarşılıqlı fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin regionda münaqişədən sonrakı vəziyyət, sülh gündəmi və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması diqqət mərkəzində olub.

Azərbaycan xarici işlər naziri Nikaraquanın xarici işlər naziri Valdrak Lüdviqlə görüşdə isə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb. Nazirlər, həmçinin Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Hər iki tərəf regional və qlobal platformalarda əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanlı diplomat həmçinin BMT-nin 79-cu iclası çərçivəsində Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb. Tərəflər arasında cari siyasi, iqtisadi, ticari və təhsil məsələləri ilə yanaşı COP29-un sədrliyi, qambiyalı tələbələr üçün Azərbaycanda təhsil və təqaüd imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   BMT  


Bizi "telegram"da izləyin