“YAŞAT” Fondu Anım Günündə şəhid ailə üzvlərini Şuşa və Xankəndidə bir araya gətirib - FOTOLAR

2024/09/b9c0f-1727454796.jpg
Oxunub: 647     20:18     27 Sentyabr 2024    
Cari ilin 27-28 sentyabr tarixində “YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın sponsorluğu ilə şəhid ailə üzvlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub.

Fonddan Ordu.az-a bildirilib ki, Anım Günündə reallaşan tədbirin məqsədi şəhid ailələrinə qəhrəman övladlarının fədakarlığı ilə azad edilmiş, Qarabağın döyünən ürəyi olan Şuşa şəhərini, eyni zamanda Xankəndi şəhərini yaxından tanıtmaqdır.

Səfər çərçivəsində şəhid ailələrinə Şuşa və Xankəndidə aparılan bərpa-quruculuq işləri ilə bağlı geniş məlumat verilib.

Qeyd edilib ki, “YAŞAT” Fondu tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqətin göstərilməsi və digər sahələrdə dəstək tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: YAŞAT   Şuşa   Xankəndi  


Bizi "telegram"da izləyin