AZAL rəhbərliyi və kollektivi şəhidlərin xatirəsini yad edib - FOTOLAR

2024/09/66f6c-1727450083.jpg
Oxunub: 521     19:01     27 Sentyabr 2024    
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin rəhbərliyi və kollektivi inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

Bu barədə Ordu.az-a AZAL-dan bildirilib.

Ziyarətçilər xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Vətən övladlarının müstəsna fədakarlığı və cəsarəti sayəsində otuzillik işğala cəmi 44 gün ərzində son qoyulub. Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri düşmən işğalından azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd olunur.

Bu gündə bütün Azərbaycan xalqı Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitləri dərin ehtiramla anır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: AZAL   Anım-Günü  


Bizi "telegram"da izləyin