Xaçmazda şəhidlərin xatirəsi anılıb - FOTOLAR

2024/09/xacma-1727435396.jpg
Oxunub: 480     14:47     27 Sentyabr 2024    
Xaçmaz rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədər şəhidlərin xatirəsi ehtiramla anılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Şəhidlər Xiyabanında alovlanan məşəlin önünə əklil qoyub, Azərbaycanın Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb.

Anım tədbirində yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmazlılar Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.

Bildirib ki, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq və onların xatirələri hər zaman əziz tutulacaq.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Anım-Günü  


Bizi "telegram"da izləyin