Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO+FOTOLAR

2024/09/bb0e8-1727280322.jpg
Oxunub: 828     20:03     25 Sentyabr 2024    
Sentyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən stendlərlə tanış olub.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlərin iştirak etdiyi sərgidə təqdim edilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı müdafiə nazirinə ətraflı məlumat verilib.

Sərgi çərçivəsində, həmçinin general-polkovnik Z.Həsənov Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.

Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-naziri   ADEX  


Bizi "telegram"da izləyin