Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn vətən oğullarının əziz xatirəsi yad edilib - FOTOLAR

2024/09/trend-1727021091.jpg
Oxunub: 782     20:01     22 Sentyabr 2024    
Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn vətən oğullarının əziz xatirəsi yad edilib.

Ordu.az xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və yerli hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçular Devid Cəlilov, Səbuhi Hüseynov, Amid Qədirov, Elvin Qayıbov, Osman Ağaxanov və Tapdıq Xələfovun il mərasimlərində iştirak edib.

Şəhidlərimizin məzarı önünə gül dəsətələri düzüb, ruhlarına dualar oxuyublar.

Anım mərasimlərində qəhrəman oğulların keçdiyi qısa, lakin şərəfli ömür yolundan, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Xaçmaz  


Bizi "telegram"da izləyin