Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri şəhidin ildönümü ərəfəsində Vüsal Rüstəmovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.
Bildirib ki, 44 günlük müharibə zamanı məğlub olan Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib. Bu tədbirlər nəticəsində cəmi 23 saat ərzində terrorçular məhv edilib, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub.
İcra başçısı şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən qəhrəman oğulların məzarı önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ordu.az