Azərbaycan komandası "Teknofest"də yarışın qalibi olub - FOTOLAR

2024/09/a4380-1726752130.jpg
Oxunub: 799     17:10     19 Sentyabr 2024    
Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Bu barədə Ordu.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qeyd olubub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın "Versetech" komandası "Teknofest 2024"ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan Azərbaycan komandası birinci yerə layiq görülüb.

Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Teknofest  


Bizi "telegram"da izləyin