Hərbi qulluqçular İkinci Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

2024/09/b752c-1726728830.jpg
Oxunub: 469     10:47     19 Sentyabr 2024    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Antiterror əməliyyatının ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin hər zaman əziz tutulacağı əminliklə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin