Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb - FOTOLAR

2024/09/b166d-1726723370.jpg
Oxunub: 523     08:39     19 Sentyabr 2024    
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb.

Bu barədə Ordu.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Borc” bədii filminin əsas mövzusu 2-ci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.

Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub, çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Vətən-müharibəsi   Film  


Bizi "telegram"da izləyin