Xaçmazın icra başçısı birinci sinifə gedəcək şəhid övladını ziyarət edib - FOTOLAR

2024/09/xacma-1726408728.jpg
Oxunub: 613     17:40     15 Sentyabr 2024    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qıraqlı kənd sakini, şəhid Tapdıq Xələfovun ailəsini ziyarət edib. Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.

Ordu.az xəbər verir ki, icra başçısı 2024-2025-ci tədris ilində birinci sinifə qədəm qoyacaq şəhidimizin qızı Aysu Xələfovanı təbrik edib, təhsildə uğurlar arzulayıb.

Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə Aysu Xələfovaya məktəbli ləvazimatları və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Tapdıq Xələfov 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıq. Prezident İlham Əliyevin sərəncamına əsasən şəhid Tapdıq Xələfov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid-övladı  


Bizi "telegram"da izləyin