Qazaxıstan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib - FOTOLAR

2024/09/c4c81-1726074554.jpg
Oxunub: 579     20:52     11 Sentyabr 2024    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər əlaqələrin inkişafını məmnunluqla qeyd ediblər.

Həmçinin, strateji əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Y.Gülər, öz növbəsində, Qazaxıstan torpağında səmimi qəbula görə Tokayevə təşəkkür edib və ona Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. O, Qazaxıstanın bir sıra regional və beynəlxalq problemlərin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib.

Söhbət zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qazaxıstan   Türkiyə  


Bizi "telegram"da izləyin