Müdafiə sənayesi naziri İordaniyada xüsusi təyinatlıların sərgisində iştirak edib - FOTOLAR

2024/09/39e8e-1725457760.jpg
Oxunub: 673     17:29     04 Sentyabr 2024    
İordaniyanın Aqaba şəhərində 14-cü “Xüsusi Təyinatlı Əməliyyat Qüvvələri Sərgisi (SOFEX 2024)” və Yaxın Şərq Xüsusi Təyinatlı Qüvvələrin Komandirləri Konfransı” öz işinə başlayıb.

Bu barədə Ordu.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin iştirak etdiyi sərginin açılış mərasimində müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Sərgi çərçivəsində nazir müdafiə avadanlığı sahəsində dünyanın ən böyük istehsalçısı olan ölkələrin stendləri ilə tanış olub və rəsmi görüşlərdə iştirak edib.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qlobal miqyasda xüsusi əməliyyatlar, terrorizmə qarşı mübarizə, eləcə də milli təhlükəsizlik sahəsində istifadə olunan xüsusi avadanlıqların, təlimlərin və logistik xidmətlərin təqdimatına imkan yaradan “SOFEX 2024” sərgisi sentyabrın 5-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-sənayesi-naziri   İordaniya  


Bizi "telegram"da izləyin