Azərbaycan müdafiə nazirinin müavini Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib - FOTOLAR

2024/09/81ba4-1725184075.jpg
Oxunub: 1053     13:09     01 Sentyabr 2024    
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Quru Qoşunları, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimlərdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib.

Baş direktor təhsildə fərqlənən azərbaycanlı gənc zabitlərə diplomlar təqdim edib.

Qardaş ölkəyə səfər çərçivəsində Baş direktor, həmçinin bir sıra görüşlər keçirərək Azərbaycan və Türkiyə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin