Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb - FOTOLAR

2024/08/b92f5-1725086743.jpg
Oxunub: 693     10:28     31 Avqust 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Bayramı münasibətilə keçirilən Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb.

Bu barədə Ordu.az-a "Yaşat Fondu"ndan məlumat verilib.

Qeyd olunub ki, görüş fondun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə baş tutub.

Tədbirin sonunda Ərdoğan bildirib ki, "can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür".

Sonra şəhid ailə üzvləri R.T.Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan Zəfər Bayramı Özəl Konsert proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də iki ölkə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin