Zelenski: "Yaxın zamanda Ukraynaya F-16 təyyarələri gətiriləcək"

2024/05/1716624144.jpg
Oxunub: 414     20:41     16 İyun 2024    
Yaxın zamanda Ukraynaya F-16 qırıcı təyyarələri gətiriləcək.

Ordu.az “RBK-Ukrayna”-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Matte Frederiksenlə görüşündən sonra deyib.

“Görüş zamanı yaxın zamanda Ukraynaya gətiriləcək Danimarkanın F-16 təyyarələrinin təhvil verilməsinə hazırlıq işlərinin gedişini müzakirə etmək imkanımız oldu. Matte Frederiksenə sülh sammitində iştirak etdiyinə və Sülh Formulasının həyata keçirilməsinə Qlobal Cənub ölkələrinin cəlb edilməsində Danimarkanın fəal köməyinə görə minnətdaram.”, - Zelenski vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin