ABŞ-da konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb

2024/05/1717132874.jpg
Oxunub: 345     17:35     16 İyun 2024    
ABŞ-ın Texas ştatının Round-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” yerli polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olub.

Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

Polis hələ şübhəli şəxsi saxlamayıb. Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin