Macarıstan Bürgenstok iştirakçılarını Rusiya ilə əlaqə kanallarını açıq saxlamağa çağırıb

2024/04/1714030704.jpg
Oxunub: 310     16:31     16 İyun 2024    
“Macarıstan digər ölkələri təkcə hərbi-siyasi deyil, həm də Ukraynadakı münaqişənin yaratdığı humanitar problemləri həll etmək üçün Rusiya ilə açıq əlaqə kanallarını saxlamağa dəvət edir”.

Ordu.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, biz yəqin ki, Rusiya Federasiyası ilə əlaqələri kəsməyən sonuncu Avropa ölkəsiyik. Kanallar hələ də açıqdır”, - Siyarto bildirib.

Nazir qeyd edib ki, Macarıstan çətin vəziyyətə düşən insanlara, o cümlədən qaçqınlara kömək etməyə hazırdır: “Macarıstan öz ərazisində olan ukraynalı qaçqınlara, o cümlədən uşaqlara yardımı davam etdirəcək. Bu, ölkə tarixində ən böyük humanitar proqramdır və biz onu nə qədər lazımdırsa, davam etdirəcəyik”.

Eyni zamanda, o, digər ölkələri Macarıstan hökumətinin Rusiya ilə əlaqə kanallarını açıq saxlaması faktını mənfi qəbul etməməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Siyarto   Macarıstan  


Bizi "telegram"da izləyin