DPA: Şolts Bürgenştok konfransını tərk edib

2023/05/1685078081.jpg
Oxunub: 313     14:32     16 İyun 2024    
Almaniya kansleri Olaf Şolts iyunun 16-da səhər saatlarında İsveçrədə Ukrayna üzrə konfransı başa vurmamış tərk edib.

Ordu.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Şoltsun Berlində görüşləri planlaşdırılıbmış. Amma bu görüşlər barədə əlavə məlumat verilməyib.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransı tərk edib.

Qeyd edək ki, Ukrayna üzrə konfrans iyunun 15-16-da Bürgenştok kurortunda keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Bürgenştok  


Bizi "telegram"da izləyin