HAMAS Qəzza ilə bağlı razılığın əldə olunmasına dair 4 şərtini açıqlayıb

2024/01/65942-1704210651.jpg
Oxunub: 346     13:47     16 İyun 2024    
Fələstinli radikal qruplar Qəzza zolağında dörd əsas şərtə əsaslanmalı olan atəşkəs sazişi bağlamağa hazır olduqlarını təsdiq edirlər.

Ordu.az xəbər verir ki, Fələstinin HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, HAMAS və digər Fələstinli qruplaşmalar dörd əsas məqamı özündə əks etdirən razılaşma əldə etmək niyyətindədirlər.

“Daimi atəşkəsin yaradılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması, anklavın infrastrukturunun yenidən qurulması və əsirlərin mübadiləsi”, - HƏMAS lideri hərəkatın rəsmi Teleqram kanalında bu şərtləri paylaşıb.

Haniyə radikalların vasitəçilərin son təklifinə cavabını uyğun hesab edir:

“Cavabımız ABŞ prezidenti Co Baydenin təklifində və BMT Təhlükəsizlik Şurasının qətnaməsində əks olunan sektorda atəşkəsin yaradılması üçün əsas prinsiplərə uyğundur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAMAS   Qəzza  


Bizi "telegram"da izləyin