“Taliban” BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcək

2024/06/666e9-1718526894.jpg
Oxunub: 339     12:21     16 İyun 2024    
“Taliban” hərəkatının nümayəndələri iyunun 30-dan iyulun 1-dək Dohada keçiriləcək BMT-nin Əfqanıstan üzrə konfransında iştirak edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalına hərəkatın nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, “Taliban” iclasın gündəliyini nəzərdən keçirdikdən sonra konfransda iştirak etmək qərarına gəlib.

Qeyd edək ki, fevral ayında BMT-nin himayəsi altında Dohada keçirilən sonuncu konfransda 25 ölkənin nümayəndələri Əfqanıstanla qarşılıqlı fəaliyyət üçün yol xəritəsini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   BMT  


Bizi "telegram"da izləyin