Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - YENİLƏNİB

2024/06/75757-1718523477.jpg
Oxunub: 780     15:25     16 İyun 2024    
Rostovdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları terrorçulara qaçışlarını təşkil etməyə kömək edə bilərdilər.

Ordu.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazır.

Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu versiyanı nəzərdən keçirirlər.

***

Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.

Rostov İstintaq Təcridxanasının əməkdaşları xəsarət almayıblar.

***

Terrorçularla danışıqlar nəticə verməyib, xüsusi təyinatlılar Rostov istintaq təcridxanasına hücum etməyə başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Rostov xüsusi təyinatlıları məhkum edilmiş terrorçuların Federal Penitensiar Xidmətin iki əməkdaşını girov götürdüyü təcridxanaya hücum edir.

Uzun müddət məhbuslarla danışıqlar aparılarkən, hadisə yerinin yaxınlığında tam döyüş geyimində olan xüsusi təyinatlılar növbətçilik edib. Danışıqlar heç bir nəticə vermədiyindən xüsusi təyinatlılar hücuma keçib.

Hadisə yerində silah səslərindən əlavə, təcili yardım maşınlarının da səsi də eşidilir.

"Shot" teleqram kanalı terrorçular tərəfindən girov saxlanılan 1-ci İstintaq Təcridxanasının əməkdaşlarının azad olunduğu, cinayətkarların məhv edildiyi barədə məlumat yayıb.

***

Şahidlər bildirir ki, bir neçə təcili yardım maşını məhkumların əməkdaşları girov götürdüyü Rostov istintaq təcridxanasının ərazisinə daxil olub.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, hələlik atışma səsləri kəsilib.

***

Rostov şəhərində əməkdaşların girov götürüldüyü istintaq təcridxanasının ərazidə atışma səsləri eşidilib.

Ordu.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

***

Rostov şəhərində istintaq təcridxanasında əməkdaşları girov götürənlər müxtəlif kameralarda saxlanılsa da, onlar arasında əlaqə olub.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Rostovda 1 saylı istintaq təcridxanasında işçiləri girov götürülməyə bir neçə ay idi ki, hazırlıq gedirmiş. Rostov istintaq təcridxanasında girov götürənlərin hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.

***

Rostov İstintaq Təcridxanasında girov götürənlər avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Baza telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.

Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.

Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.

***

Rostov istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.

Məlum olub ki, onlar İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunublar. Həmin şəxslər terror aktı hazırlamaqda (onlar Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırıblar) ittiham ediliblər. Saxlanılan şəxslər 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd olunur ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərə barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Orada işçiləri girov götürüblər.


***


Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rostov   İŞİD  


Bizi "telegram"da izləyin