Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

2024/06/1718518925.jpg
Oxunub: 328     08:55     16 İyun 2024    
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 473 hərbçi 566 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.

Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Bu protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq, idman yarışlarında da iştirak edə bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi   ƏƏSMN  


Bizi "telegram"da izləyin