Bloomberg nəşri fransızların Nigerdəki uran mədənindən mümkün gedişindən danışıb

2024/06/1718515219.jpg
Oxunub: 346     06:26     16 İyun 2024    
Fransanın “Orano” şirkəti ölkə hökuməti ilə müqavilənin yenilənməsi ilə bağlı problemlərə görə Nigerdəki İmuraren mədənində uran hasilatı hüququnu itirə bilər.

Ordu.az xəbər verir ki, bununla bağlı ötən gün ABŞ-ın məşhur Bloomberg nəşri məlumat yayıb.

Məlmatda bildirilir ki, hazırkı müqavilənin müddəti iyunun 19-da başa çatır. Əvvəllər Niger Fransa nüvə şirkətinin müqaviləni uzatmaq planını rədd etmiş və onun hakimiyyətin gözləntilərinə uyğun gəlmədiyini açıqlamışdı.

"İkinci və son bildiriş iyunun 19-da başa çatır, bundan sonra şirkətin fəaliyyət icazəsi ləğv ediləcək" – deyə Nigerin mədən nazirliyi məktubda bildirib.

Imuraren dünyanın ən böyük uran yataqlarından biridir və ehtiyatları 200 min tondur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bloomberg   Niger  


Bizi "telegram"da izləyin