Britaniyanın Müdafiə Nazirliyi hərbi geyimlər üçün emblemlər tədarük edən Çin şirkətindən şübhələnir

2024/06/1718514873.jpg
Oxunub: 324     03:41     16 İyun 2024    
Böyük Britaniyanın Müdafiə Nazirliyi ordunun hərbi baş geyimləri üçün emblemlər tədarük edən Çin şirkətindən şübhələnir.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 15-də “Financial Times” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Böyük Britaniya kralı III Çarlz (Şahzadə Çarlz) kral gerbini dəyişib. Bu səbəbdən də hərbi baş geyimlərindəki emblemlərin dəyişdirilməsi zərurəti yaranıb.

Nişanların istehsalı üzrə müqavilə Çindəki fabriklərdən qismən istifadə edən “Wyedean Weaving” şirkətinə verilib.

Nəşrin yüksək çinli məmura istinadən yaydığı məlumatda deyilir: “Kokardaların izləmə cihazları və ya GPS ötürücüləri ola biləcəyi ilə bağlı narahatlıqlar var. Nəticədə nişanların təqdim edilməsində gecikmələr yaşanır. Çünki Böyük Britaniya onları tez bir zamanda və ucuz qiymətə istehsal etməyə qadir deyil.”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   MN   Çin  


Bizi "telegram"da izləyin