CAR Prezidenti and içəcək

2024/06/1718514809.jpg
Oxunub: 280     03:39     16 İyun 2024    
İyunun 19-da Siril Ramaposun ikinci müddətə Cənubi Afrika Prezidenti kimi andiçmə mərasimi keçiriləcək.

Ordu.az-ın məlumatına görə, bu barədə respublika Prezidentinin Administrasiyası xəbər yayıb.

“Prezident Ramaposun andiçmə mərasimi çərşənbə günü Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada baş tutacaq”, - kommünikedə deyilir. Mərasim “Union Buildings” ərazisində keçiriləcək və yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq. Ramapos Cənubi Afrika Respublikasının baş hakimi Raymond Zondonun qarşısında prezidentlik andı içəcək.

İyunun 14-də CAR parlamentinin aşağı palatası ölkənin hazırkı Prezidenti və Afrika Milli Konqresi Partiyasının lideri Ramaposu növbəti beş il müddətinə dövlət başçısı seçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CAR   Prezident  


Bizi "telegram"da izləyin