Venesuelanın təlim gəmisi Kubanın sahilinə daxil olub

2024/06/1718514580.jpg
Oxunub: 283     02:23     16 İyun 2024    
Venesuela Hərbi Dəniz Qüvvələrinin "Simon Bolivar" təlim gəmisi ölkənin cənub-şərq sahilindəki Kubanın Santyaqo-de-Kuba şəhərinin sularına daxil olub.

Ordu.az "Granma" qəzetinə istinadən xəbər verir ki, "Sərhədsiz səfir" adlandırılan yelkənli gəmi Santyaqo-de-Kuba limanında salamlama əlaməti olaraq 21 yaylım atəşi ilə qarşılanıb.

"Simon Bolivar" artıq üçüncü dəfədir ki, Kubaya səfər edir. Göyərtəsində 173 dənizçinin olduğu gəmi Kuba Hakimiyyətinin nümayəndələri, bu ölkənin İnqilabi Silahlı Qüvvələri, Venesuelanın respublikadakı səfirliyi və eyniadlı vilayətin qubernatoru Manuel Falkon Hernandez tərəfindən qarşılanıb.

Gəminin Kubaya səfəri iyunun 19-dək davam edəcək. 16-18 iyun tarixlərində ictimaiyyət üçün açıq olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Kuba  


Bizi "telegram"da izləyin