Husilərin hücumundan sonra alovlanan gəmi Yəmən sahillərində batır

2024/06/1718514293.jpg
Oxunub: 325     01:24     16 İyun 2024    
Britaniya Hərbi Dəniz Qüvvələri husilərin hücum etdiyi ticarət gəmisinin alovlandıqdan sonra Yəmən sahillərində batdığı ilə bağlı məlumat yayıb.

Ordu.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) saytında verilən məlumata görə Yəmən sahillərində husilərin hücumu nəticəsində iyunun 13-ü alovlanan ticarət gəmisi yanmağa davam edir və batmaq üzrədir.

Məlumatda həmçinin gəminin ekipajının gəmini təxliyə etdiyi bildirilir.

Gəmi hazırda Cibutidən 55,6 km şimal-şərqdə batmaqdadır. Gəminin hansı ölkəyə aid olması ilə bağlı isə heç bir məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Britaniya   Yəmən  


Bizi "telegram"da izləyin