DSX: Ötən il dövriyyədən çıxarılan yarım ton narkotik məhv edilmə üçün təqdim edilib - FOTOLAR

2024/04/661e4-1713262044.jpg
Oxunub: 180     13:46     16 Aprel 2024    
Aprel ayının 16-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü il ərzində 28 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 419 kiloqram 290,816 qram müxtəlif xassəli narkotik vasitə (245 kq 996,955 qram marixuana, 109 kq 990,777 qram heroin, 33 kq 119,004 qram həşiş qətranı, 30 kq 184,08 qram tiryək),15813 ədəd və 452 ml narkotik tərkibli Metadon M-40, 30 kiloqram 218,236 qram Metamfetamin və 1 kiloqram 470 qram Tenamfetamin (MDA) psixatrop maddələri, 5930 ədəd kapsul Preqobalin və 18 ədəd flakon Tropikamid güclü təsir edici maddələri məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Narkotik  


Bizi "telegram"da izləyin