Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar keçirilib - FOTOLAR

2024/04/1147c-1713079945.jpg
Oxunub: 235     11:14     14 Aprel 2024    
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə keçirilən görüşlər davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən keçirilən görüşlərdə Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, insan hüquqları və digər mövzularda seminarlar keçirilib.

Aparılan maarifləndirmə tədbirləri çərçivəsində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   Seminar  


Bizi "telegram"da izləyin