Ordu.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski azərbaycanlı hərbi müxbir İdrak Camalbəylinin dəfn mərasimindən sonra sosial şəbəkələrdə yazıb.
İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.
Dəfn mərasimində iştirak edən səfir Rusiya-Ukrayna müharibəsi başlayan dövrdən İdrak Camalbəylinin ən qaynar nöqtələrə getdiyini vurğulayıb:
“O, bütün Avropanın sülhü və əmin-amanlığı üçün yüksək bədəl ödəyən Ukrayna xalqının şücaətini, qəhrəmanlığını göstərirdi”.
Ordu.az