Azərbaycan və Almaniya hərbçilərinin işçi görüşü olub - FOTOLAR

2023/05/64707-1685093234.jpg
Oxunub: 3623     13:04     26 May 2023    
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında “Əməkdaşlıq danışıqları” tədbirləri çərçivəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bu ölkənin Strateji Kommunikasiya Məsələləri üzrə bir qrup zabiti ilə işçi görüş keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası ilə bağlı yaradılmış işçi qrupunun iştirakı ilə keçirilən görüşdə almaniyalı nümayəndələrə nazirliyin kommunikasiya sahəsində fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsində informasiya və psixoloji əməliyyatlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Qonaqlar Strateji Kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr işinin təşkili və digər mövzulara dair brifinqlər təqdim ediblər.

Görüşdə kommunikasiya sahəsində təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin mətbu orqanlarında, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, "İctimai Televiziya və Radio Yayımları" Şirkətində və Bakı Media Mərkəzində olublar. Qonaqlara burada hərbi vətənpərvərlik sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Almaniya  


Bizi "telegram"da izləyin