ABŞ mütəxəssisləri Mülki müdafiə qoşunlarında təlim keçiblər - FOTOLAR

2023/05/644fb-1682946887.jpg
Oxunub: 5908     17:00     01 May 2023    
Aprelin 27-28-də Amerika Birləşmiş Ştatlarının Energetika Departamentinin “Nüvə qaçaqmalçılığının aşkarlanması və qarşısının alınması” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının 10 nəfərdən ibarət əməkdaşına mobil radiasiya aşkarlama sistemlərinin istismarı üzrə sözügedən departamentin əməkdaşları tərəfindən FHN-in Mülki müdafiə qoşunlarının Təlim-tədris mərkəzində təlim keçirilib.

FHN-dən Ordu.az-a verilən məlumata görə, təlimdə iştirak edən şəxsi heyətə mobil radiasiyanı aşkarlayan detektor sistemi, “Pakeye” bel çantası, identifikator və fərdi dozimetrlərin istifadəsi və həmin cihazlara texniki qulluğun göstərilməsi haqqında məlumatlar verilib. Həmçinin, Nazirliyin “İzotop” xüsusi kombinatından təlim üçün gətirilmiş radioaktiv mənbələrdən istifadə etməklə cihazların texniki vəziyyəti yoxlanılıb və radiasiya cihazları radioaktiv mənbələr vasitəsilə kalibrasiya olunub.

Bundan əlavə, ABŞ mütəxəssisləri tərəfindən mobil radiasiya aşkarlama sisteminin iki ədəd kompüteri yeniləri ilə əvəz edilib. Eyni zamanda, təlim zamanı əvvəllər ABŞ Energetika Departamenti tərəfindən təchiz edilmiş radiasiya aşkarlama sistemləri furqonları, xüsusi kürək çantaları və digər portativ aşkarlama vasitələrinə texniki qulluq prosedurları aşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Mülki-müdafiə-qoşunları   Təlim  


Bizi "telegram"da izləyin