"Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib - FOTOLAR

2023/04/dd5d9-1682762503.jpg
Oxunub: 3668     13:55     29 Aprel 2023    
Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.

Mərasimdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Komando-başlanğıc-kursu  


Bizi "telegram"da izləyin