Koreyalı deputatlar Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

2023/04/85787-1681988829.jpg
Oxunub: 6082     14:59     20 Aprel 2023    
Azərbaycanda səfərdə olan Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Ordu.az-a Azərbaycanın Milli Məclisinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Koreyalı-deputatlar   Şəhidlər-xiyabanı  


Bizi "telegram"da izləyin