Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib - FOTOLAR

2023/04/6440c-1681968657.jpg
Oxunub: 4934     09:27     20 Aprel 2023    
Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Bu barədə Ordu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin, Varşava Üsyanı Muzeyi ilə də tanış olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Sahibə-Qafarova   Varşava  


Bizi "telegram"da izləyin